27/09/2018
18:39
2328
| A A A
Qarabağ-ın müdafiəçisinin zədəsi ciddidir
Qarabağ” hazırda ən yaxşı formada olan oyunçularından biri Donald Qeryenin zədələnməsinə üzülür. Goal.az xəbər verir ki, Topaz Premyer Liqasının I turdan təxirə salınmış “Zirə” ilə matçında çiynindən zədə alan oyunçunun ən yaxşı halda “Arsenal” ilə Avropa Liqasının oyununu kənardan izləyəcəyi dəqiqdir. Amma zədənin fəsadları futbol üçün uzun müddət anlayışında qəbul olunan zaman kəsiyini də əhatə edə bilər. Onun çiyninin hazırda gipsdə olduğu və bərpası üçün 1 aya yaxın müddətə ehtiyac duyulduğu gələn xəbərlər arasındadır.