28/09/2018
15:03
1616
| A A A
AFFA-nın baş katibi yığma üzləri ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Goal.az xəbər verir ki, baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq milli komandaya uğurlar arzulayıb.

Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 2 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmanın mübarizə aparacağı 2-ci qrupun oyunları Türkiyədə təşkil olunacaq.