03/11/2018
10:21
1024
| A A A
Premyer Liqada X tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.Goal.az-ın məlumatına görə, həftənin oyunları iki günü əhatə edəcək. Açılış matçında ASK Arenada Keşlə Neftçi-ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə ağ-qaralar 2 cavabsız qolla qalib gəlib. Keşlə hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb. Neftçi isə 22 xalla birinci pillədə.Günün ikinci dueli Qarabağ və Sumqayıt kollektivləri arasında olacaq. Oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Ev sahibləri ötən tur səfərdə Keşlə ilə 1:1 hesablı heç-heçə etmişdilər. Qonaqlar isə öz meydanlarında Qəbələ ilə 2:2 etmişdilər. Bu komandaların ilk dövrədəki qarşılaşmasında Qarabağ qələbə qazanıb - 1:0. Sumqayıt 11 xalla 5-ci, Qarabağ isə 17 xalla 2-ci pillədədir.Bazar günü əvvəlcə Qəbələ Sabah-ı qəbul edəcək. Turun son oyununda Zirə Səbail-i qəbul edəcək.

Topaz Premyer Liqası

X tur

 

3 noyabr (şənbə)

 

17:00. Keşlə – Neftçi

Baş hakim: Rauf Cabbarov

“ASK Arena”

I dövrə - 0:2

19:00. Qarabağ - Sumqayıt

Baş hakim: Vüqar Həsənli

“Tofiq Bəhrəmov adına Respublika stadionu”

I dövrə - 1:0

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
15 səs