Liverpool-un lideri Məhəmməd Salah klubunu dəyişə bilər.
Goal.az xəbər verir ki, bunu Misir yığmasının baş məşqçisi Xavyer Aqirre deyib. Meksikalı mütəxəssis cari mövsümün sonunda ulduz futbolçunun “qırmızılar”dan ayrılacağını istisna etməyib:
“Əgər Liverpool bu mövsümü titulsuz başa vursa, Salah oradan ayrılacaq. Liverpool-un baş məşqçisi Yürgen Klopp da bunu gözəl dərk edir. Bu üzdən də komanda titul qazanmaq üçün bütün gücü ilə mübarizə aparır”.
Qeyd edək ki, Məhəmməd Salah Liverpool-a ötən il Roma-dan keçib.