11/12/2018
17:20
3804
| A A A
Arsenal-ı yadına salarsa 100 avro cərimələnəcək

Milan-ın rəhbərliyi klubun yeni baş direktoruna maraqlı cəza növü seçib.

Goal.az  Sportmediaset-ə istinadən xəbər verir ki, bir neçə həftə öncə Milan-da baş direktor vəzifəsinə təyin edilən İvan Qazidisin önünə maraqlı cəza növü qoyulub. Belə ki, 10 ilə yaxın Arsenal-da eyni vəzifəni icra edən Qazidis əgər Milan klubunun ofisində, muzeyində və yaxud kluba aid olan digər məkanlarda Arsenal-a aid fikir söyləyərsə və yaxud Arsenal-ı yadına salarsa 100 avro civarında cərimələnəcək. İtaliya klubunun İngiltərə klubu ilə əzəli rəqib olmadan belə bir qərar qəbul etməsi futbol mediasında təəccüblə qarşılanıb.

Qeyd edək ki, İvan Qazidis Milan-da illik 7 milyon avro maaş alır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs