18/02/2019
17:52
3070
| A A A
Marselonun ilk “11 lik"də olması Real-a düşmür?

Madrid Real-ının İspaniya çempiontının 24-cü turunda Girona-ya uduzması (1:2) madridlilərin müdafiəçisi Marselo ilə bağlı maraqlı məqamı üzə çıxarıb.

Goal.az xəbər verir ki, braziliyalı matçda start heyətində meydana çıxıb. Məlum olub ki, Marselonun starda yer aldığı son 9 La Liqa matçının 6-da Real uduzub, iki oyunda bərabərlik qeydə alınıb. Madrid təmsilçisi 30 yaşlı müdafiəçi ilə yalnız Rayo Vallecano qarşılaşmasında minimal hesablı qələbəyə sevinib-1:0. Əksinə, Serxio Reliqonun əsas heyətdə meydana çıxdığı 8 matçın hamısı “kral klubu”nun qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16319 səs