14/03/2019
15:19
1023
| A A A
Azərbaycan atleti Xüsusi Yay Olimpiya Oyunlarında bayraqdar olacaq

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Xüsusi Yay Olimpiya Oyunları start götürüb.

Goal.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir. Bu gün baş tutacaq açılış mərasimində Olimpiya Oyunlarının bayrağını daşıyan səkkiz atletdən biri Azərbaycanın xüsusi olimpiyaçısı Sarvan Seyidov olacaq.

Qeyd edək ki, martın 21-də yekun vurulacaq Xüsusi Yay Olimpiya Oyunlarında 170 ölkədən 7 000-dən çox atlet 24 idman növü üzrə mübarizə aparacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs