14/03/2019
18:03
4225
| A A A
“Komanda belə davam etsə, mən də…” - Suarez

Barcelona-nın hücumçusu Luis Suarez, Çempionlar Liqasında Lyon-u məğlub etdikləri oyundakı penalti epizodunu dəyərləndirib.

Goal.az xəbər verir ki, uruqvaylı forvard, penalti epizodunda Lyon-un müdafiəçisi Ceyson Denayerin onun tarazlığını pozduğunu deyib:

“Denayerin üstündən atılmaq istədim, ancaq olmadı. Bir az tarazlığımı pozdu. Hakim qərarını verdi, elə, ya da belə.

Hücumçular qolla yaşayır, mən də qolla yaşayan biriyəm. Komanda belə davam etsə, mən də qol vuraram. Ancaq bəxtimin də gətirməsi lazımdır”.

Xatırladaq ki, Barcelona Lyon-u cavab oyununda 5:1 (ilk oyun 0:0) hesabıyla məğlub edərək, ÇL-də 1/4 finala yüksəlib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs