08/04/2019
11:51
17598
| A A A
Real Madrid-ə keçdiyinə peşman olan futbolçular...

Eden Hazardın xəyalı Real-da oynamaqdır. "Kral klubu" da belçikalı ulduzu heyətə qatmaq üçün səylərini davam etdirir. Ancaq İspaniya nəhənginə getmək, bəzən o qədər də yaxşı seçim olmaya bilir.

GOAL.az Real Madrid-də özünü göstərə bilməyən futbolçuların siyahısını təqdim edir: 

Nikola Anelka/ Arsenal-dan/ 34,5 milyon avro/ 1999

Sadəcə 1 mövsüm formasını geyindiyi və 7 qol vurduğu Real-da sonralar "köpək" rəftarı gördüyünü iddia etmişdi. Sonra PSG-yə satılır.

Elvir Balic/ Fenerbahçe-dən/ 26 milyon avro/ 1999

Bursaspor və Fenerbahçe ilə yaşadığı yüksəliş, onu Toşakın köməkliyi ilə Real-a qədər gətirsə də, "kral klubu" ilə uyğunlaşa bilmədi. Klub  tarixinin ən pis transferlərindən hesab olunur.

Antonio Qassano/ Roma-dan/ 5 milyon avro/ 2006

Romada möcüzələr yaradarkən getdiyi Madriddə özünü göstərə bilmədi və 2 mövsüm sonra İtaliyaya qayıtdı.

 Danilo/ Porto-dan/ 31,5 milyon avro/ 2015

Porto-da göstərdiyi performansla diqqət çəkib Real-a getdi, ancaq gedişi uğurlu olmadı. İndi Qvardiola ilə çalışmağın keyfini yaşayır.

Royston Drente/ Feyenoord-dan/ 14 milyon avro/ 2007

O dövrün ən məşhur istedadlarından idi. 20 yaşında keçdiyi Real-dan 23 yaşında ayrıldı. 3 il boyunca yetərincə forma geyinmək fürsət olmayan futbolçunun karyerasında eniş oldu. 

Tomas Qravesen/ Everton-dan/ 3,4 milyon avro/ 2005

Premyer Liqada forma geyindiyi dönəmdə rəqiblərin qarşılaşmaq istəməyəcəyi oyunçulardan idi. Ancaq Everton-dan ayrılıb Real Madrid-ə getdikdən sonra heç nə əvvəlki kimi olmadı. Klubdan ayrıldıqdan sonra da toparlana bilmədi və 32 yaşında futbolla vidalaşdı.

 Kaka/ Milan-dan/65 milyon avro / 2009

Real-a transfer olunanda dünyanın ən yaxşı futbolçularından biri idi. İspaniya klubunda qaldığı müddətdə özünü göstərə bilməyib adi oyunçuya çevrildi. Milan-a geri dönsə də, keçmiş günlərinə dönə bilmədi.

Valter Samuel/ Roma-dan/ 25 milyon avro/ 2004

Roma-dan Real Madrid-ə transfer olunanda “Qapı” ləqəbi ilə məşhur idi. Ancaq “Barnabeu”da keçirdiyi 1 mövsümdə çox tənqid olundu. Sonradan İnter-ə getdi və keçmişdəki yaxşı günlərinə qovuşdu.

Xavyer Savyola/ Romadan/ Azad agent/ 2007

Əzəli rəqib Barcelona-dan böyük ümidlərlə alınsa da, fiasko oldu. Savyola 2 mövsümdə Real forması ilə cəmi 4 qol vura bildi.

Conatan Vudqeyt/  Newcastle United-dən/ 18,3 milyon avro/ 2004

Leeds United-dən Newcastle United-a, oradan da Real Madrid-ə transfer oldu. Dövrünün ingilis ulduzlarından olsa da, Real Madrid karyerası onu zirvələrə qaldırmadı. 2 mövsüm sonra klubdan ayrılaraq, özünü “xilas etdi”.

 

Ze Roberto/ Portuguesa-dan/ 9 milyon avro/ 1997

Karyerasını Bundesliqaya həsr edən Ze Roberto, Avropa-ya ilk olaraq, Real Madrid ilə giriş etdi. Amma 2 mövsümdə, sadəcə 19 matça çıxa bildi. Real Madrid-dən ayrıldıqtan sonra karyerası o qədər uğurlu oldu ki, 43 yaşına qədər peşəkar futbol oynadı.

Mateo Kovaçiç/ İnter-dən/ 31 milyon avro/ 2015

Xorvat ulduz böük ümidlərlə getdiyi Real Madrid-də xəyal qırıqlığı ilə üzləşdi. Əvəzolunmaz duruma heç cür yüksələ bilməyən Kovaçiç, çarəni Chelsea-yə keçməkdə gördü.

Maykl Oven/ Liverpool-dan/ Antonio Nunez + 12milyon avro/ 2004

Liverpool-un “qızıl uşağı” 2004-də 24 yaşında getdiyi Real Madrid-də uğursuzluğa düçar oldu. 41 matçda 15 gol vuran Oven, bir mövsüm sonra Newcastle United-ə satıldı.

Asiar İlyarmendi/ Real Sociedad-dan/  32 milyon avro/ 2013

İspaniya-da dönəmin məşhur adlarından olan Ilyaramendini Real Madrid heyətə qatdı. Ancaq Madrid nəhəngi oyunçuya şans gətirmədi. İlyaramendi, 2 il sonra geri – Sociedad-a döndü və keçmişdəki yaxşı futboluna davam etdi.

Alvaro Morata/ Juventus-dan/  30 milyon/ 2016

2014-cü ildə Juventus-a gedən, 2016-da Real Madrid-ə geri dönən Morata, ikinci dönəmində də xtardığını tapmadı. Heç cür özünü göstərə bilməyən Morata Benzemanın əvəzedicisi olaraq qaldı ve 2017-nin yazında Chelsea-yə getdi. Hazırda isə Madridin digər klubu Atletico-da forma geyinir.

 

Klas Yan Huntelar/ Ajax-dan/  27 milyon/ 2006

Ajax-da qolları sıralayırdı. Ancaq Real Madrid-ə transferi ona şans getirmədi və sadəcə 19 matça çıxıb, 8 qola imza atdı.Yarım mövsüm Madriddə qalan Huntelar, sonra Milan-a getdi.

Alvaro Neqredo/ Almeria-dan/  5 milyon/ 2009

2005-də Real Madrid-dən Castilla'ya katılan Negredo, 2007-ci ildə 3 milyon avroya Almeria-ya satıldı. Oradakı uğurlu çıxışının ardından Real Madrid, geri alma haqqını istifadə edərək 2009-cu ilin 1 iyununda oyunçunu təkrar heyətinə qatdı. Ancaq Neqredo transferi pul qazanma vasitəsi kimi istifadə olundu və futbolçu 51 gün sonra 15 milyon avroya Real Madrid-dən Sevilla-ya keçdi.

Zeynəb Əliyeva

 

 

 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15453 səs