10/04/2019
14:00
1365
| A A A
Maqnus Karlsen Azərbaycanı iki mükafatla tərk edir - FOTO

Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinə yekun vurulub. 

Goal.az

 

xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində ənənəvi olaraq Vüqar Həşimov Akademiyasının təsis etdiyi “Ədalətli oyun” mükafatının sahibi elan olunub.

Turnir zamanı dünya çempionu Maqnus Karlsen təltif olunub.

Daha bir mükafat turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova verilib. F.Həsənov Vüqar Həşimov Memorialının keçirilməsində göstərdiyi xidmətlərə görə fərqlənib. Hər iki mükafatı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.

“Shamkir Chess 2019” Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov yarışda birinci yeri tutan Maqnus Karlsenə qalib üçün hazırlanan kuboku təqdim edib.

Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15685 səs