16/04/2019
14:18
1976
| A A A
Klub təyyarə qəzasında ölən futbolçuya görə ödəniş etməyəcək

Uelsin Cardiff City komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala üçün Fransa Nantes-ına heç bir məbləğ ödəməyəcəyini bildirib.

Goal.az The Sun nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən klubun vəkilləri 29 yaşlı hücumçu ilə müqavilənin rəsmən qeydiyyatdan keçmədiyini təkid edirlər. Bundan əlavə, Cardiff City FIFA-ya Fransa təmsilçisinin daima bu məsələ ilə bağlı görüşlərdən imtina etdiyini xatırladır. Onların fikrincə, bu səbəbdən transferin etibarsız hesab olunması lazımdır.

Qeyd edək ki, Sala qış transfer dövründə 15 milyon funt sterlinq qarşılığında Nantes-dan Cardiff City-yə keçib. Klub tarixində ən bahalı transfer olan fovard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysi ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl təyyarə radardan itib və daha sonra La Manş boğazından tapılıb. Ardınca futbolçunun meyiti aşkarlanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21374 səs