23/04/2019
14:45
3144
| A A A
Kloppdan Mançester derbisi ilə bağlı açıqlama

Liverpool-un baş məşqçisi Yurgen Klopp çempionluq yarışındakı əsas rəqibləri – Manchester City-nin Manchester United-lə keçirəcəyi derbi oyunu ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, “qırmızı şeytanlar”ın “şəhərlilər”lə oyunda uğurlu nəticə əldə edəcəyinə inanmadığını deyib:

“Mançester derbisi bizim təsir edə biləcəyimiz bir şey deyil. Üstəlik, Manchester United-in bu derbidəki nəticəyə təsir edə biləcəyi çox çətin görünür. Derbi çətin bir oyundur. Bizim Manchester United-lə oyunumuz 0:0 hesabı ilə başa çatmışdı. Bəlkə də, yenə onlar üçün uğurlu nəticə qeydə alınacaq və matç 0:0 bitəcək. Amma biz heç bir halda oyuna təsir edə bilmərik. Qarşıda daha çox oyun olacaq”.

Manchester City-dən bir oyun çox keçirən Liverpool 35 matçdan sonra 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Manchester United – Manchester City matçı aprelin 24-də, saat 23:00-da start götürəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs