12/05/2019
12:57
1389
| A A A
“Çempion olmaq üçün möcüzəyə ehtiyacımız var” - Sulşer

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer növbəti mövsümdə Premyer Liqadakı hədəflərindən danışıb.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən norveçli mütəxəssis, gələcək mövsüm çempionluğun çətin olacağını deyib:

“Növbəti mövsüm çempionluq uğrunda mübarizə aparsaq, möcüzə olar. Bu məsələdə dürüst olmalıyıq. Çempion olmaq üçün möcüzəyə ehtiyacımız var.

Növbəti mövsümdə klublar arasındakı fərqi azaltmalıyıq. Fevral-mart aylarında yuxarılarda olsaq, bizim üçün yaxşı olar. Addım-addım irəliləməliyik.

Bu yay illərlə Manchester United-də oynaya biləcək futbolçular transfer etmək istəyirik. Burda qalıb, inkişaf edəcək oyunçular lazımdır. Kriştiano Ronaldo və Ueyn Runi Manchester United-ə gələndə ulduz futbolçular deyildi. Burda ulduzlaşdılar”.

Qeyd edək ki, Manchester United Premyer Liqada 37 turdan sonra 66 xalla 6-cı sırada qərarlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15686 səs