12/05/2019
16:00
1745
| A A A
Alleqri Juventus-da qalmaq istəyir

"Bu həftə klub prezidenti ilə görüşəcəm. Bu mövsümü dəyərləndirəcəyik və növbəti mövsümün hazırlıqlarına başlayacağıq. Ajax-la matçdan sonra burada qalmaq istədiyimi söyləmişdim. Eyni sualı verməkdən əl çəkin!".

Goal.az-ın məlumatına görə, bu sözləri Juventus-un baş məşqçisi Massimiliano Alleqri Turin klubundan ayrılacağı iddialarına münasibət bildirərkən deyib.

51 yaşlı mütəxəssis İtaliya mətbuatda onun haqqında yazılan tənqidlər haqda da danışıb: "Yazılanlar səyasində çox gülürəm. Düz 1 aydır ölkə çempionuyuq, amma Çempionlar Liqasında mübarizəni dayandırmağımız hələ də tənqid olunur. Bəzi insanlar Çempionlar Liqasının kubokunu qazanmağı istirahət yerlərində çimərlik futbolu turnirinin qalibi olmaq qədər asan olduğunu düşünür".