22/05/2019
09:00
1229
| A A A
Tokio olimpiadasına ilk lisenziya

Azərbaycan yığması gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

Goal.az-ın məlumatına görə, bu uğura atlet Anna Skidan nail olub.

Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında çəkic atma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə göstərərək 5-ci yeri tutub. Bu nəticə də olimpiadaya lisenziya əldə etmək üçün kifayət edib.

Yarışda iştirak edən digər atletimiz Nazim Babayev isə 6-cı olub.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün atletlər ən azı 72.50 metr nəticə göstərməlidi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5148 səs