30/05/2019
00:54
2888
| A A A
AL finalının ən yaxşı oyunçusu Hazard oldu

Bakıda keçirilən futbol üzrə UEFA Avropa Liqası matçında Chelsea Arsenal üzərində 4:1 hesablı qələbə qazandı.

Goal.az xəbər verir ki, "zadəganlar"ın kuboku qazanmasında böyük rol oynayan hücumçusu Eden Hazard oyunun ən yaxşısı seçildi. Belçikalı ulduz futbolçu həlledici oyunda 1 assist, 2 qol müəllifi oldu.

Xatırladaq ki, bu Eden Hazardın Chelsea-də son oyunudur. Futbolçunun Real-a keçidinin sabah açıqlanacağı gözlənilir.