03/06/2019
11:27
2608
| A A A
Şahmatda inqilabi yenilik edildi - zaman kontrolu + yeni xal sistemi

Sabah Norveçin Stavanger şəhərində Altibox Norway Chess Superturniri başlayır.

Goal.az xəbər verir ki, turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, Maqnus Karlsen, Fabiano Karuana, Dinq Liren,  V.Anand, Maksim Vaşye-Laqrav, Uesli So, Aleksandr Qrişuk, Levon Aronyan, Yu Yanqyi kimi şahmatçılar iştirak edəcək.

Turnirin maraqlı məqamı yeni zaman kontrolu və xal sisteminin tətbiq olunacağıdır.

Şahmatda heç-heçələrin çox olmasını nəzərə alan təşkilatçılar oyun üçün yeni vaxt kontrolu təyin ediblər. Hər bir şahmatçıya 30 saniyəlik əlavə olmadan (hər gedişə) oyun sonuna qədər 120 dəqiqə verilir.40-cı gedişdən sonra isə hər gedişə 10 saniyə əlavə edilir.

Bu şahmatda inqilabi yenilik ola biləcək vaxt kontroludur ki, 6 saatlıq oyunların olmasını yoxa endirir.

Digər yenilik xal sistemi ilə bağlıdır. Qələbəyə 2 xal verilir, heç-heçə olduqda armaqeddon oyun təyin edilir ki, qalib 1.5 qazanır məğlub olmuş 0.5 xal qazanır.

Armaqeddon oyun üçün vaxt kontrolu: Ağlarla oynayan şahmatçıya 10 dəqiqə, qaralarla oynayan şahmatçıya isə 7 dəqiqə verilir. 61-ci gedişdən başlayaraq, 3 saniyə əlavə edilir.

Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28662 səs