17/06/2019
12:24
10629
| A A A
Neymar PSG-dən ayrılır

PSG ulduz futbolçusu Neymarla yollarını ayırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, Paris təmsilçisi bu qərarı futbolçunun şəxsi həyatındakı problemlərə görə qəbul edib.

Klub prezidenti özünü ulduz kimi aparanları satacaqlarını deməklə Neymara işarə vurub. Fransada xoşbəxt olmayan futbolçu özü də ayrılmaqda israrlıdır. Futbolçunun meneceri Pini Zaxavi onun İspaniyaya dönüşünü tezləşdirməyə çalışır. Hadisələrin bu cür axarı Barcelona-nın ürəyincə olub. Kataloniya təmsilçisi artıq qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Neymar PSG-yə 2017-ci ildə 222 milyon avro müqabilində Barcelona-dan keçmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21950 səs