19/06/2019
16:43
2502
| A A A
Neftçi və Qəbələ-nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

"Neftçi" və "Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Goal.az xəbər verir ki, flaqman I mərhələdə Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, Rusiyanın "Arsenal" (Tula) komandası ilə üz-üzə gələcək. İlk matç səfərdə olacaq.

"Qəbələ" isə "Dinamo" (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino) / “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun evdə olacaq. 

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34158 səs