24/06/2019
13:21
911
| A A A
Beynəlxalq Olimpiya Komitəsindən 3 milyard dollarlıq müqavilə

Beynəlxalq Olimpiya Komitəsi ABŞ-ın “Coca-Cola” və Çinin “China Mengniu Dairy” şirkətləri ilə ümumi dəyəri 3 milyard dollar olan sponsorluq müqaviləsi imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Tomas Bax “Financial Times”a bildirib. İmzalama mərasimi IOC-un İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, bu gün Lozannada IOC-un 134-cü sessiyası işə başlayıb. Tədbirin gündəliyində duran əsas məsələ 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin elan edilməsidir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27224 səs