29/06/2019
09:50
1607
| A A A
Avropa Oyunları: Karateçilər mübarizəyə qoşulur

Bu gün "Minsk 2019" II Avropa Oyunlarında IX günə start veriləcək.

Goal.az-ın məlumatına görə, idmançılar 28 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçiləri 4 idman növündə yarışacaqlar.

İlk olaraq karateçilər qüvvələrini sınayacaq. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı kumite yarışlarında medal qazanmağa cəhd göstərəcəklər.

Azərbaycanın son üç yunan-Roma güləşçisi də bu gün mübarizəyə qoşulacaq. Bundan əlavə boksçu Alfonso Dominqes finalda qızıl medal qazanmaq üçün döyüşəcək. Ölkənin idman gimnastı İvan Tixonov da öz bacarıqlarını göstərməyə çalışacaq.

Karate

10:20. Kişilər, kata

Roman Heydərov

12:00. Qadınlar, 68 kq

İrina Zaretska – Silviya Semeraro (İtaliya)

12:20. Qadınlar, 68 kq

İrina Zaretska – Alize Aqier (Fransa)

12:35. Qadınlar, 68 kq

İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)

13:30. Kişilər, 84 kq

Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)

13:50. Kişilər, 84 kq

Asiman Qurbanlı – Conatan Horne (Almaniya)

14:05. Kişilər, 84 kq

Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)

Yunan-Roma güləşi

12:20. 87 kq, 1/8 final

İslam Abbasov – Nikolay Dobrev (Serbiya)

13:00. 97 kq, 1/8 final

Orxan Nuriyev – Daniel Qastl (Avstriya)

13:10. 130 kq, 1/8 final

Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)

İdman gimnastikası

15:00. Kişilər, çoxnövçülük

İvan Tixonov

Boks

18:55. 81 kq, final

Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs