30/06/2019
15:42
2295
| A A A
Azərbaycan güləşçisi Avropa Oyunlarında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.

Goal.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3.

İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kq çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40003 səs