14/07/2019
16:41
4183
| A A A
"Atletico Madrid Qrizmannı çox təəssüfləndirdi” – Vəkil

Atletico Madrid-dən 120 milyon avro müqabilində Barcelona-ya transfer olunan Antuan Qrizmannın vəkili açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı futbolçunun vəkili Sean Karian, Madrid təmsilçisinin 200 milyon avro təzminat tələb etməsinə təəccübləndiyini bildirib:

“Xüsusi olaraq, danışılanların tam tərsini edən Atletico, Qrizmannı çox təəssüfləndirdi. O, həqiqətən bu davranışlara layiq deyildi və özünə qarşı bu qədər pis davranış gözləmirdi. Təhdidlərlə bağlı nə lazımdırsa, edəcəyik”.

Barcelona Qrizmannın transferini açıqladıqdan sonra Atletico bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin müvafiq bəndinə əsasən, iyulun 1-dən onun təzminat qiymətinin 200 milyon avrodan 120 milyona düşdüyünü bildirib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək 28 yaşlı oyunçunu aldığı vurğulanıb.(komanda.az)

money.az currency