17/12/2020
22:20
454
| A A A
Dünya Kuboku: Qvarzatilov finalda, 3 güləşçimiz üçün bürünc medal şansı

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.

Goal.az xəbər verir ki, yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.

O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (Fransa) 9:5

1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (Bolqarıstan) 4:3

1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (Tacikistan) - 8:1

Final: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (Rusiya)

65 kq

1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 4:0

1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (Qırğızıstan) 6:4

1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (Macarıstan) - 6:7

Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi

79 kq

Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə) 2:5

Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)

97 kq

1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (Moldova) 8:1

1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (Belarus)- 0:8

Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs