20/12/2020
19:22
975
| A A A
Premyer Liqada 12-ci turun oyunları keçirildi

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatıb.

Goal.az xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu gün keçirilib.

“Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər matçda "Sumqayıt" "Zirə" ilə heç-heçə edib - 2:2. "Səbail" isə səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Neftçi" liderliyə yüksəlib.

20 dekabr (şənbə)

17:15. “Sabah” – “Neftçi” - 0:2

Qollar: Namiq Ələsgərov, 45+3-pen, 65

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev

“Bank Respublika Arena”

16:00. “Keşlə” –“ Səbail” - 0:2

Qollar: Urfan Abbasov, 11 (0:1), Əfran İsmayılov, 17 (0:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov

“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt” - 2:2

Qollar: Murad Xaçayev, 11 (0:1), Ağabala Ramazanov, 56 (1:1), Rəhim Sadıxov, 57 (1:2), Qismət Alıyev, 62 (2:2)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1

Qollar: Filip Ozobiç, 51 (0:1), Rafael Utriq, 83 (1:1)

Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə ("Qəbələ")

Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. ("Qarabağ") - qapıçı

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov

Qəbələ şəhər stadionu

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs