15/01/2021
17:42
755
| A A A
Tokio olimpiadası ləğv oluna bilər

Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri Taro Kono Tokio Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını etiraf edib.

Goal.az xəbər verir ki, nazir hər hansı ssenarini istisna etmədiyini vurğulayıb.

"Bütün ssenarilərin mümkün olduğunu söyləməliyəm. Beynəlxalq Olimpiya Komitəsi B və C Planı barədə düşünməlidir. Vəziyyət çətindir. Əlavə planları olmalıdır", - deyə Kono bildirib.

Daha əvvəl yarışın Təşkilat Komitəsinin icraçı direktoru Tosiro Muto "Tokio-2020"nin təxirə salınacağı barədə xəbərləri təkzib edib. Hazırda Yaponiyada 11 vilayətdə koronavirus infeksiyalarının sayının artması səbəbindən fövqəladə rejim tətbiq olunur.

Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs