17/01/2021
11:55
640
| A A A
Genoa-da yeni transfer

Genoa heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Avstriyanın Salzburg klubunun müdafiəçisi Jerom Onqueneni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisi kamerunlu oyunçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Onquene Salzburg-dan öncə Socheaux və Lifering klublarında da çıxış edib. O, 2017-ci ildən Avstriya təmsilçisinin uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu Kamerun yığmasına da dəvət alır.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs