18/01/2021
12:57
393
| A A A
Tokio olimpiadasının açılış mərasiminə neçə idmançı qatılacaq?

Beynəlxalq Olimpiya Komitəsi Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarının açılış mərasimində təxminən altı min idmançının iştirakını planlaşdırır.

Goal.az xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti yazır.

Bildirilir ki, əvvəlcə açılış mərasimində təxminən 200 ölkədən 11 minə yaxın idmançının iştirakı nəzərdə tutulub. Ancaq koronavirusun yayılması səbəbindən sayın azaldılması qərara alınıb. Təşkilatçıların əsas vəzifəsi tədbir zamanı gözləmə zonasında sıxlaşmanın qarşısını almaqdır.

Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul - 8 avqusta təxirə salınıb.(report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs