06/02/2021
12:26
1357
| A A A
İbrahimoviç və Lukaku arasındakı insidentlə bağlı cinayət işi açıldı

İtaliya kubokunun 1/4 final mərhələsinin İnter - Milan (2:1) oyununda meydan sahiblərinin futbolçusu Romelu Lukaku ilə qonaq komandanın hücumçusu Zlatan İbrahimoviç arasında baş vermiş insidentlə bağlı Respublika Məhkəməsində cinayət işi açılıb.

Goal.az xəbər verir ki, müstəntiqlər işdə irqçilik elementlərinin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparırlar.

İsveçli forvard artıq bu gün ifadə vermək üçün prokurorluğa çağırılıb. Belçikalı oyunçu da yaxın gələcəkdə eyni prosedurdan keçməli olacaq.

Qeyd edək ki, hər iki futbolçu bir-birilərini təhqir etdikləri üçün 1 oyunluq cəza alıblar. İrqçilik ittihamları ilə bağlı isə hələ qərar verilməyib. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs