12/02/2021
18:12
294
| A A A
"Tokio-2020"nin Təşkilat Komitəsinin rəhbəri istefa verdi

Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verib.

Goal.az xəbər verir ki, bu barədə Mori özü məlumat verib.

Yerli mətbuata danışan 84 yaşlı funksioner "Bu proses mənim iştirakım olmadan daha rahat keçəcək. Narahatçılığa görə hər kəsdən üzr istəyirəm. İşlətdiyim ifadələr yersiz idi", deyə bildirib.

Qeyd edək ki, Yosiro Morinin qadınlar haqqında işlətdiyi ifadələr tənqiqlərə səbəb olub. Onu bu postda sabiq futbolçu, Tokiodakı Olimpiya kəndinin meri Saburo Kavabutinin əvəzləyəcəyi gözlənilir.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs