20/02/2021
12:53
1500
| A A A
Lazio - Bayern Münich matçı ləğv olunur?

Çempionlar Liqasının 1/8 final mərhələsinin Lazio - Bayern Münich ilk oyununun keçirilməsi sual altındadır.

Goal.az xəbər verir ki, Münhen təmsilçisinin üzvləri koronavirusa yoluxma halları səbəbindən karantina gedə bilər. Bu yaxınlarda komandanın müdafiəçisi Benjamin Pavara COVID-19 diaqnozu qoyulub və o, virusa yoluxan dördüncü futbolçu olub.

Bildirilib ki, Münhen səhiyyə şöbəsi mümkün tədbirlərin tətbiqi barədə hələ qərar verməyib. Karantinə alınmış oyunçuların digərləri ilə təmasda olub olmadığına dair araşdırmalar davam edir.

Qeyd edək ki, Lazio - Bayern matçı fevralın 23-də keçirilməlidir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs