"Kamboca millisinin baş məşqçisi yox, baş meneceriyəm. Orada yaxşı insanlar işləyir, maraqlı layihələri var".
Goal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.
O bildirib ki, iki yerdə işləməsi ona problem yaratmayacaq: "İndi iki komandam olacaq. Əvvəlcə "Neftçi", sonra Kamboca millisi".
35 yaşlı yarımmüdafiəçi 4 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Bu rəqəmi sevirəm. Yaponiya millisində də bu nömrə altında oynamışam. 4 nömrə ilə daha çox qol vurmuşam. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Mətbuat konfransı çox çətin keçir".
O, Yaponiya millisi ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusu barədə də danışıb: “Mümkünsüz heç nə yoxdur. Düzdür, çətin olacaq. 23 yaşdan yuxarı 3 oyunçu seçiləcək. Millidə oynamışam. “Neftçi”də yaxşı oyun nümayiş etdirərək, yığmanın etimadını qazanmağa çalışacağam”.