19/03/2021
10:00
1434
| A A A
Tokio-2020: Azərbaycan bir gündə 2 lisenziya qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Goal.az xəbər verir ki, 125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov almaniyalı Gennadi Kudinoviçlə qarşılaşıb.

Rəqibinə məğlub olan Məhəmmədov finala çıxa bilməyib. O, eyni zamanda Tokio olimpiadasına lisenziya şansını da əldən verib. Məhəmmədov bürünc medal uğrunda Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) finala adlayıblar. Yarımfinalda uduzan digər güləşçi İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Təsəlliverici görüşə vəsiqə qazanan Abubakr Abakarov isə Ermənistan təmsilçisi Hovannes Mxitaryanla qarşılaşacaq.

Medal görüşləri martın 19-da keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
15568 səs