22/08/2021
20:37
1245
| A A A
Fiorentina Serbiya millisinin üzvü ilə gücləndi

Fiorentina heyətini yeni futbolçu ilə gücləndirib.



Goal.az xəbər verir ki, Florensiya təmsilçisi Almaniyanın Schalke klubundan Matiya Nastasiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serbiya yığmasının da üzvü olan 28 yaşlı müdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Nastasiç 2015-ci ildən Schalke-nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində keçirdiyi 6 mövsüm ərzində 157 matça çıxıb, 2 qola imza atıb. Serbiyalı futbolçu 2011-2012-ci illərdə də Fiorentina-da çıxış edib. Həmin vaxt o, Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 29 matçda 2 qolla yadda qalıb. (matc)