28/08/2021
10:50
628
| A A A
Azərbaycanın üç para-cüdoçusu finalda - Tokio-2020

Azərbaycanın üç idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Goal.az xəbər verir ki, paracüdoçular Sevda Vəliyeva ilə Xanım Hüseynova və Hüseyn Rəhimli finala vəsiqə qazanıb.

Qadınlar arasında 63 kq çəki dərəcəsində çıxış edən paracüdoçu Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yu Vanqa qalib gəlib.

Kişilər arasında 81 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lini məğlub edib

Qadınlar arasında -57 kq çəki dərəcəsində olan paracüdoçu Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynəb Çəlikə qalib gəlib.