29/08/2021
13:52
1300
| A A A
Tokio-2020: Azərbaycan 9-cu “qızıl”ı qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.

Goal.az xəbər verir ki, qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda qazaxıstanlı Zarina Baybatinanı məğlub edib.

Bu, Azərbaycanın paralimpiya oyunlarında 9-cu qızıl medalı olub.