31/08/2021
17:15
2426
| A A A
Tokio-2020: Azərbaycan növbəti medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya oyunlarında növbəti medalını qazanıb.

Goal.az xəbər verir ki, para-atletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 2-ci olub. O, gümüş medala yiyələnib.

Qeyd edək ki, ölkəmizin aktivində hazırda 15 medal var. Bunlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.