16/02/2022
11:10
963
| A A A
Azərbaycan Paralimpiya tarixində ilk dəfə

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Goal.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 13-cü Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Mehman Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı martın 9-da baş tutacaq.

13-cü Qış Paralimpiya Oyunları bu il 4-13 mart aralığında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-də Pekin Milli stadionunda baş tutacaq.