20/02/2022
16:51
727
| A A A
Pekin-2022: Medal sayında və əyarında qalib müəyyənləşib

Pekin-2022 Qış Olimpiya Oyunlarında medal sayında və əyarında qalib müəyyənləşib.

Goal.az xəbər verir ki, yarışı 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vuran Norveç yığması hər iki göstəricidə birinci olub.

Olimpiadada 12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb. Bu, ölkə tarixində rekord göstəricidir.

Medal əyarında 3-cü yerə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin sahib çıxıb.

Qeyd edək ki, Pekin olimpiadasının bağlanış mərasimi bu gün keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. (report)