25/02/2022
11:21
1398
| A A A
Belarusun olimpiya mükafatçısı 46 yaşında ölüb

Belarusun yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı Dmitri Debelka 46 yaşında vəfat edib.

Goal.az xəbər verir ki, tanınmış pəhləvan böyrəklərindəki problem üzündən dünyasını dəyişib.

Debelka 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında medal qazanıb. 2003-cü ildə onun böyrəklərində ağır xəstəlik aşkarlanıb. Bu səbəbdən, güləşçi Afina-2004 olimpiadasını buraxmalı olub.

Pəhləvana 2006-cı və 2016-cı illərdə böyrək köçürülüb.(report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI