04/03/2022
17:21
1257
| A A A
Pekin-2022: Azərbaycan paraddan 18-ci keçəcək, komanda bayraqdarsız qalıb

Azərbaycan nümayəndə heyətinin Pekin-2022 Qış Paralimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.

Goal.az xəbər verir ki, heyət üzvləri tamaşaçılar önündən 18-ci keçəcək.

Onlar Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov olacaq.

Pekin Milli Stadionunda təşkil olunacaq açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə zədə səbəbindən hələlik Çinə yollana bilməyib. Onun martın 6-a Pekinə səfər edəcəyi gözlənilir.

Açılış mərasimində bayrağı kimin daşıyacağı hələlik bəlli deyil. Bu funksiyanı yerli Təşkilat Komitəsinin üzvlərindən birinin yerinə yetiriləcəyi bildirilir. Ramazanzadənin çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. (report)