09/03/2022
12:25
767
| A A A
Pekin-2022: Paralimpiyaçımız zədələndi, yarışa çıxa bilmədi

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış edə bilməyib.

Goal.az xəbər verir ki, kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı olan Ramazanzadə isinmə hərəkətlərində zədələndiyi üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən xəsarət alan paralimpiyaçı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.