Manchester United-dən rekord göstərici
Manchester United Premyer Liqadakı ev oyunlarında qələbə sayında rekord əldə edib.
Goal.az xəbər verir ki, bu, 29-cu tur çərçivəsində baş tutan Tottenham-lə ev oyunundakı 3:2 hesablı qələbə sayəsində gerçəkləşib.
“Qırmızı şeytanlar” 400-cü ev qələbəsini qazanaraq, bu həddə çatan ilk komanda olub. Qalibiyyətlərin ən çoxu - 23-ü məhz Tottenham üzərində əldə olunub.
Qeyd edək ki, Manchester United Premyer Liqada 29 oyundan sonra 50 xalla 4-cü pillədə qərarlaşıb.