15/04/2022
16:22
675
| A A A
Tokio-2020: Böyük Britaniyanın medalı əlindən alınıb

Böyük Britaniya komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medallardan birini təhvil verəcək.

Goal.az xəbər verir ki, 4x100 metr məsafəyə estafet yarışında ikinci yeri tutan Çicindu Ucanın nəticəsi ləğv olunub.

Buna 28 yaşlı atletin antidopinq qaydalarını pozması səbəb olub. Belədə gümüş medal Kanadaya, "bürünc" isə Çinə verilib. Bu, medal sıralamasında hər hansı dəyişikliyə səbəb olmayıb.

Böyük Britaniya Olimpiya Komitəsi qərardan narazı qalsa da, buna hörmətlə yanaşdığını açıqlayıb. (report)