22/04/2022
14:58
636
| A A A
Rusiyalı ikiqat olimpiya çempionu beynəlxalq yarışlardan kənarlaşdırılıb

Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov 9 ay müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb.

Cəza aprelin 20-dən qüvvəyə minib. İkiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı "Lujniki" stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.

Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA-nın təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.

Qeyd edək ki, Yevgeni Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.(report)