09/06/2022
18:26
786
| A A A
Moskva olimpiadasının qalibi vəfat edib

Tanınmış keçmiş SSRİ voleybolçusu Oleq Moliboqa 70 yaşında vəfat edib.

Goal.az Ümum-Rusiya Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, SSRİ-nin Əməkdar idman ustası və Rusiyanın Əməkdar məşqçisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Oleq Moloboqa 1952-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, voleybol üzrə yerli “Avtomobilist”, “Dinamo” (Leninqrad), MOİK (Moskva) klublarında çıxış edib. Yeddiqat SSRİ çempionu, üçqat Avropa Çempionlar Kubokunun sahibi olub. O, keçmiş SSRİ yığmasının tərkibində 1980-ci ildə Moskva Yay Olimpiya Oyunlarının qalibi adını, 1976-cı ildə Monreal olimpiadasının gümüş mükafatını qazanıb. Moliboqa həmçinin ikiqat dünya, dördqat Avropa çempionu idi.(report)