13/09/2022
15:48
4554
| A A A
Uels millisində yeni müqavilə

Futbol üzrə Uels millisinin baş məşqçisi Robert Peycin müqavilə müddəti uzadılıb.

Goal.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı il dünya çempionatınadək nəzərdə tutulub.

Qeyd edək ki, Robert Peyc 2020-ci ildən yığmaya rəhbərlik edir. Peyc bu postda Rayan Giqqzi əvəzləyib. Uels bu il Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə, İran və ABŞ-la birlikdə B qrupunda yer alacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI