03/12/2022
11:27
3518
| A A A
Premyer Liqa: Bu gün XVI turun daha iki oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, günün ilk matçında Qəbələ Səbail-i qəbul edəcək.

Meydan sahibləri 21 xalla beşinci, qonaqlar 10 xalla səkkizinci pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 10-da əyalət təmsilçisi, 5-də paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü var - 35:20.

Günün ikinci görüşündə 38 xalla ikinci sırada olan “Sabah” 11 xalla yeddinci yerdə gedən Şamaxı-nı sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 15 dəfə görüşüblər. Hər iki komandanın aktivində 5 qələbə varsa, digər 5 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində Şamaxı cüzi üstünlüyə malikdir - 16:15. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI