24/07/2016
12:42
14064
| A A A
Azərbaycan idmançıları Dünya çempionatında uğurla çıxış edib

Rusiyanın paytaxtı Moskva şəhərində Kunq-fu üzrə 5-ci dünya çempionatı keçirilir. 21-25 iyul tarixlərində baş tutacaq turnirdə təmsilçilərimiz artıq çıxışını başa vurub. Goal.az xəbər verir ki, dünya çempionatına yollanan 8 idmançımız 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb.

KUNQ-FU SANDA ÜZRƏ

Uşaq və yeniyetmələr arasında:

1-ci yer: Şahmar Hüseynli (24-27 kq)

2-ci yer: Ömər Allahverdiyev (50-55 kq)

Böyüklər arasında:

2-ci yer: Yerkin Osmanov (70 kq), Aqil Mustafayev (80 kq)

3-cü yer: Sübhan Aslanov (65 kq)

VİN ÇUN- TAOLU ÜZRƏ

Uşaq və yeniyetmələr arasında:

1-ci yer: Şahmar Hüseynli, Elşən Hacızadə

36 yaşdan yuxarı ustalar arasında:

1-ci yer: Asif Sayadov

37 ölkədən 900 idmançının iştirak etdiyi yarışda təmsilçilərimizin qazandığı 4 qızıl, 1 gümüş medal Azərbaycan Kunq-fu federasiyasınınn rəhbərliyi altında bu yarisa qatılan Vinq-Çun idman klubunun payına düşüb. Digər medalları isə "Orion" idman klubu aktivinə yazdırıb.