14/11/2017
13:14
580
| A A A
Fransız idmançı məşq zamanı öldü

Fransalı dağ xizəkçisi David Puasson Kanadada məşq zamanı ölüb.

Goal.az “Frans-Press”ə istinadən xəbər verir ki, 36 yaşlı idmançı Nakiska kurortunda dağdan enərkən yıxılaraq ciddi xəsarət alıb və düynasını dəyişib.

Qeyd edək ki, fransalı xizəkçi 2010 və 2014-cü il Qış Olimpiya Oyunlarının iştirakçısı olub. O, 2013-cü ildə dünya çempionatının bürünc medalını qazanmışdı.